Modern.az

Qazaxda baş verən qəzada 2 nəfər xəsarət aldı

Qazaxda baş verən qəzada 2 nəfər xəsarət aldı

Aktual

17 May 2020, 15:51

Qazaxda yol nəqliyyat hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Cəfərli kəndində qeydə alınıb.

 

Belə ki, hərəkətə olan iki minik maşını toqquşub. Qəza zamanı avtomobillərin birində olan sərnişinlər 1956-cı il təvəllüdlü Qəhrəmanova Şəfiqə Kərim qızı və 1966-cı  il təvəllüdlü Qəhrəmanova Cəmilə Kərim qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Putini dəli edən hücum: Rusiyaya gözlənilməz zərbə vuruldu