Modern.az

Yeni qatarlar bu tarixdə xəttə buraxılacaq - RƏSMİ

Yeni qatarlar bu tarixdə xəttə buraxılacaq - RƏSMİ

Aktual

8 İyun 2020, 11:41

20 vaqondan ibarət 4 yeni qatar iyul ayından etibarən xəttə buraxılacaq. Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

 

Qurum rəsmisi deyib ki, yeni qatarlar sazlama və sınaqdan sonra sərnişinlərin istifadəsinə veriləcək.

 

O həmçinin qeyd edib ki, hazırda xəttə olan qatarların 4-nün istismar müddətinin başa çatmasına az vaxt qalıb:

 

“Qatarlardan biri iyuldan xətdən çıxarılacaq. Digərləri də qısa müddətdən sonra yenilərilə əvəzlənəcək. Ümumilikdə 1 ay yarıma yeni qatarların hamısı xətdə olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?