Sərt karantin rejiminin tətbiq edildiyi son iki gündə təcili tibbi yardıma çağırışların və hospitalizasiyaların sayı artıb.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.
R.Əliyeva qeyd edib ki, son sutkada TƏBİB tərəfindən Bakı şəhəri üzrə 2500-ə qədər çağırış icra olunub:
“Çağırışlarda somatik müraciətlər üstünlük təşkil edib. Bunlar əsasən, arterial təzyiq, nevrotik vəziyyətlə, həmçinin nefroloji xəstələrin daşınması ilə bağlı olub”.
Xatırladaq ki, Baş Nazir Əli Əsədovun qərarı ilə iyunun 6-dan iyunun 8-nədək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda sərt karantin rejimi tətbiq edilib.