Bərdə rayon müalicə diaqnostika mərkəzinin direktoru (baş həkimi) Həsən Fərman oğlu Hüseynov tutduğu vəzifədən azad edilib.
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib.
R.Əliyeva qeyd edib ki, Həsən Hüseynov başqa vəzifəyə keçməsilə əlaqədar öz ərizəsilə işdən ayrılıb.
Bəzi KİV-lər Həsən Hüseynovun işdən ayrılma səbəbini karantin qaydalarını pozması ilə əlaqələndirib.