Modern.az

TƏBİB-dən narahatlıq: “Müalicəyə tabe olmayan halların sayında artım baş verə bilər”

TƏBİB-dən narahatlıq: “Müalicəyə tabe olmayan halların sayında artım baş verə bilər”

Aktual

9 İyun 2020, 19:21

Yoluxma hallarının sayında kumilyativ artım davam etməkdədir, yoluxanların sayı narahatedicidir.

 

Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, yeni yoluxanlarla sağalanlar arasında fərq heç də arzuolunan səviyyədə deyil:

 

“Eyni zamanda, ağır vəziyyətdə olan xəstələrin də sayı artıb. 18-24 may tarixlərində 848 yeni yoluxan olmuşdu. Ondan sonrakı həftdə 1372 nəfər yeni yoluxma olub. Həmin müddətdə yoluxanların sayı sağalanların sayından çox olub”.

 

R.Bayramlı qeyd edib ki, son həftələr ərzində təkrarən pozitiv çıxan xəstələrin sayı çoxalır. Buna görə də sağalan xəstələrin sayı azalır:

 

“Güman edirik ki, virus insandan insana nə qədər çox yoluxursa, o qədər mutasiya edilir. Buna görə də müalicəyə tabe olmayan halların sayında artım baş verə bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV