Hazırda vətəndaşların ölkəyə gətirilməsi ilə bağlı qrafik hazırlanır.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xudmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, hazırlıq son mərhələdədir:
"Qrafik tamamlananadan sonra öncə MDB və yaxın Şərq ölkələrindəolan vətəndaşlarımız ölkəyə gətiriləcək. 3-cü mərhələdə isə Avropada olan ölkələrdəki vətəndaşlarımız gətiriləcək. Gətirilən vətəndaşlar karantinə alınacaq".