Ötən həftə sərt karantin günlərində ölkədə çörək təminatı ilə bağlı problem olmayıb.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, iyunun 16-da mağazaları çörəklə təmin etmək üçün iyunun 15-də saat 16:00-da çörək zavodu işçiləri işə gələ bilər:
"Həmin şəxslərin zavoda gəlməsinə icazə var".