Modern.az

Sərt karantin dövründə bu sahələrin fəaliyyətinə İCAZƏ VERİLƏCƏK

Sərt karantin dövründə bu sahələrin fəaliyyətinə İCAZƏ VERİLƏCƏK

Aktual

9 İyun 2020, 20:42

14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət dayandırılacaq.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, fəaliyyətinə icazə verilən məhdud sayda qurum və xidmətlər aşağıdakılardır:


- hüquq-mühafizə və hərbi xidmət nəzərdə tutulmuş orqanların fəaliyyəti;

- xəstəxanalar, təcili tibbi yardım müəssisələrinin fəaliyyəti;

- sosial xidmət müəssisələrinin fəaliyyəti, o cümlədən əqli və hissiyat pozuntusu olan, habelə xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti;

- kommunal xidmətlər (su təchizatı və kanalizasiya, qaz təchizatı, istilik təchizatı, enerji paylanması, məişət tullantılarının yığılması və utilizasiyası);

- elektrik enerjisinin istehsalı və təchizatı;

- meliorasiya və su təsərrüfatı;

- rabitə xidmətləri;

- teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyəti;

- dəmir yolu, avtomobil, dəniz, hava nəqliyyatı ilə yük daşımaları;

- boru kəmərləri ilə nəqliyyatın təmin edilməsi fəaliyyəti;

- fasiləsiz istehsalat fəaliyyəti (istehsalat-texniki şərtlərə görə fəaliyyətinin dayandırılması mümkün olmayan müəssisələr);
- neft və qazın hasilatı, emalı, saxlanması və satışı;

- çörək məsullarının istehsalı (2020-ci il 15 iyun saat 16:00-dan etibarən);

- fəaliyyəti dayandırılmış iş və xidmət sahələrinin mühafizə və texniki təhlükəsizliyinin təmin edilməsi üzrə xidmətlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV