Modern.az

“Təcili tibbi yardımla bağlı sui-istifadə hallarına yol verildi”

“Təcili tibbi yardımla bağlı sui-istifadə hallarına yol verildi”

Aktual

9 İyun 2020, 20:56

"Xroniki xəstəliyi olanlar özlərinin dərmanlarını əvvəldən ala bilərlər. Bu baxımdan bu həftənin sonunda tətbiq ediləcək sərt karantin günlərində hər hansı problemin yaranacağını gözləmirik".

 

Modern.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, ötən həftə ərzində də bununla bağlı problem yaranmayıb:

 

“Bu həftə ərzində də vəziyyətin belə olacağını gözləyirik. Vətəndaşlar sərt karantin günlərində hər hansı sui-istifadə halına yol vermədən təcili tibbi yardıma müraciət edə bilərlər. Aparılan analizlər onu göstərdi ki, ötən dəfə təcili tibbi yardıma müraciətlə bağlı sui-istifadə hallarına yol verildi. Əgər belə hallara yol verilməsə, sərt karantin günlərində təcili tibbi yardıma müraciət edənlərin sayı azalar".

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?