Modern.az

Avtobuslarda kondisionerlər işləmir - Bakı Nəqliyyat Agentliyi qadağanın səbəbini AÇIQLADI

Avtobuslarda kondisionerlər işləmir - Bakı Nəqliyyat Agentliyi qadağanın səbəbini AÇIQLADI

Aktual

10 İyun 2020, 11:27

İyunun 8-də saat 18:30-19:00 radələrində metronun “Neftçilər” stansiyasınındakı dayanacaqda olarkən, 81 saylı avtobusun (eyniləşdirmə nömrəsi 01026) sərnişinləri kondisioneri işə salmağı xahiş etsələr də, sürücü bunun Agentlik tərəfindən qadağan olunduğunu bildirib. “Kimin narazılığı varsa, Bakı Nəqliyyat Agentliyinə müraciət etsin”, - deyən sürücü bu qərarın parlamentdə də müzakirə olunduğunu iddia edib.

 

Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, mövcud pandemiya şəraitində avtobuslarda sərinləndirmə sistemlərinin işə salınması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə məsləhətləşmələr aparılır:

“TƏBİB-in tövsiyəsinə əsasən, avtobuslarda havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. Bildirilib ki, havanın daxildə dövr olunması COVID-19 infeksiyasının yayılma riskinin artırır. Həmçinin, bildiririk ki, avtobuslarda havalandırma sisteminin işə salınması ilə əlaqədar TƏBİB-lə müzakirələr davam etdirilir. Beynəlxalq təcrübə də nəzərə alınmaqla müəyyən qaydalar üzərində iş aparılır”.

 

“Yekun qərar və qaydalar qəbul olunacaq və bu barədə əlavə məlumat veriləcək. Buna qədər isə avtobuslarda pəncərələri açıq saxlamaqla təbii havalandırmanın təmin olunması ilə bağlı göstəriş verilib. Qeyd olunanları nəzərə alaraq sərnişinlərimizdən məsələlərə anlayışla yanaşmalarını xahiş edirik”,-deyə BNA rəsmisi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı