Azərbaycanda COVID-19-dan ölənlərin sayı 100-ü keçib, indiyədək 8530 nəfər koronavirusa yoluxub, 4720 nəfər sağalıb.
İndiyədək ölkədə ümumilikdə 8530 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Keçirilən testlərin sayı isə 356 032 minə çatıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, onlardan 4720 nəfər müalicə olunaraq sağalıb, 102 nəfər vəfat edib, 3708 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.