İyunun 18-də saat 12.00-da "Embraer 190" tipli təyyarə ilə ilk Bakı-Naxçıvan reysi həyata keçiriləcək.
Modern.az-ın məlumatına görə, bunu Operativ Qərargahın brifinqində Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev deyib.
O qeyd edib ki, həmin təyyarədə 106 yer var:
"Həmin gün Naxçıvana 2 reys həyata keçiriləcək. İkinci reys saat 15:00-da baş tutacaq. Təyyarədə 106 yer olsa da satışa 100 bilet çıxarılacaq. Əgər sərnişinlərdən kiminsə səhhətində xəstəlik əlaməti olsa, o təyyarənin ən arxa oturacağına keçirilərək, təcrid ediləcək və orada xidmət göstəriləcək".