Modern.az

TƏBİB ofis sahiblərinə müraciət etdi

TƏBİB ofis sahiblərinə müraciət etdi

Aktual

12 İyun 2020, 11:45

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlərə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, TƏBİB-in yaydığı müraciətdə bildirilib ki, ofis daxilində COVID-19 infeksiyasından qorunmaq üçün qaydalara əməl etməlidirlər.


-  Əməkdaşlar COVID-19 haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir.

- Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır.

- Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir.

- Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır.

- Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!