2020-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 26,7 faiz artaraq 736,2 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) Modern.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3736,8 manat, qeyri neft-qaz sektorunda 669,7 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,7 manat, özəl müəssisələrdə isə 885,1 manat olub.
Rəsmi məlumata görə, 2020-ci ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri 22382,1 milyon manat təşkil edib:
“Əvvəlki ilin eyni dövrünə nisbətən 1,3 faiz artmışdır. Bu dövrdə ölkənin istehlak bazarında qiymətlərin artımı əhalinin gəlirlərinin artımını 1,6 faiz bəndi üstələyib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 20245,8 milyon manatlıq vəsait qalıb”.