Modern.az

Yol Polisi rəsmisindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA

Yol Polisi rəsmisindən sərt karantin rejimi ilə bağlı AÇIQLAMA

Aktual

12 İyun 2020, 17:25

2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək. Bu vaxt xüsusi postlarla yanaşı, mobil postlar da fəaliyyət göstərəcək.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyev qeyd edib ki, fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarından başqa, digər vətəndaşların evdən çıxmasına icazə verilmir:

"Yalnız təcili yardıma ehtiyac yarandıqda və yaxın qohumun dəfn mərasimində iştirak üçün icazə verilir".

O həmçinin deyib ki, sərt karantin rejiminin tətbiq edilmədiyi yerin sakinlərinin bir yerdən digər yerə getmələrində heç bir məhdudiyyət yoxdur:

"Amma onların sərt karantin rejiminin tətbiq edildiyi yerə getmələrinə icazə verilməyəcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!