"Sərt karantin günlərində fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarına öz avtomobillərində ailə üzvlərini daşımağa icazə verilmir".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin (BYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
O qeyd edib ki, yalnız ailə üzvləri eyni yerdə çalışdıqları halda buna icazə verilir.