Modern.az

“Kimsə itini gəzdirdikdən sonra qonşusuna verməməlidir” - XƏBƏRDARLIQ

“Kimsə itini gəzdirdikdən sonra qonşusuna verməməlidir” - XƏBƏRDARLIQ

Aktual

12 İyun 2020, 17:35

“Sərt karantin günlərində itlərin gəzintisinə icazə verilsə də, vətəndaşlar bundan sui-istifadə etməməlidirlər.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

K.Əliyev qeyd edib ki, ev heyvanlarının küçəyə çıxması zəruridir:

"Amma kimsə özü itini gəzdirdikdən sonra qonşusuna gəzmək üçün verməməlidir. Gündəlik yoluxma 300 nəfərdən çoxdursa, vəziyyətin ciddiliyini nəzərə almalıyıq".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!