Binaların qaşısında xüsusi konteynerlər yerləşdiriləcək.
Modern.az-ın məlumatına görə, bunu Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib. Onun sözlərinə görə, bu konteynerlər məişət tullantıları üçün nəzərdə tutulub:
“Artıq bu klonteynerlərin quraşdılırması prosesi başlayıb. Bu konteynerlər yalnız o binanın bloklarının qarşısında qoyulacaq ki, hansıların yaxınlıqda zibil qabları yoxdur. Bununla əlaqədar artıq 1000 konteyner ayılıb və bunlar yalnız iki gün üçü nəzərdə tutulub”.
E. Həbibullayev əlavə edib ki, bundan öncəki sərt karantin reimi dövründə insanlar çörəyi həddən çox alıblar və sonrakı günlərdə onları zibil qabına atıblar:
“Bu çörəkləri tapanda belə təəsürat yaranmışdı ki, insanlar çörəyi iki günlük deyil bir həftəlik alıblar”.