"Çox sayda insan özündə COVİD-19-un əlamətlərini hiss etsə də, bunu gizlədir və xəstəxanalara müraciət etmir".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Vasif Əliyev bildirib.
O qeyd edib ki, bu da ölənlərin sayının artımına gətirib çıxarır:
"Vətəndaşlardan bu kimi hallarda mütləq həkimə müraciət etmələrini xahiş edirik. Yalnız bu halda xəstəliyə qalib gələ bilərik"