"Kursların fəaliyyətinin bərpası ilə qərar yaxın günlərdə yoluxma sayına bağlı olaraq veriləcək".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Vasif Əliyev bildirib.
O qeyd edib ki, hazırda xəstəxanalarda yer əskikliyi yaşanır:
"Ona görə də indiki məqamda kursların fəaliyyətinin bərpası gözlənilmir. Amma hər şey situasiyadan asılı olacaq. Yoluxma azalarsa, buna Operativ Qərargah tərəfindən icazə verilə bilər".