Modern.az

Polisin günahından səhv yazılan protokolu ləğv etməyə hazırıq - DYP rəsmisi

Polisin günahından səhv yazılan protokolu ləğv etməyə hazırıq - DYP rəsmisi

Aktual

12 İyun 2020, 18:20

"Bəzi hallarda vətəndaş icazəli olduğunu deyib, amma portalda adı olmayıb".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, həmin şəxslər inzibati məsuliyyətə cəlb edilib:

 

"Polis həmin şəxsin yanında məlumatları portala müraciət etdi, ad çıxmadığı üçün inzibati xəta üzrə protokol yazıldı. Polis heç bir halda qanunsuzluq etməyib. Ola bilər ki, vətəndaş evdən çıxandan 1 saat sonra adı portala qeydiyyata alınıb. Bu ondan irəli gəlir ki, işəgötürən şəxs icazə portalına işçinin adını gec qeyd edir, amma işçini işə tez çağırır. Əgər bu prosesdə polisin günahından protokol səhv yazılarsa, vətəndaş həmin faktı bizə təqdim etsin və biz həmin protokolu ləğv etməyə hazırıq".

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!