Modern.az

Həftəsonu rayonlara getməyə cəhd etməyin - DYP-dən ÇAĞIRIŞ

Həftəsonu rayonlara getməyə cəhd etməyin - DYP-dən ÇAĞIRIŞ

Aktual

12 İyun 2020, 18:40

"Vətəndaşlar həftə sonunda sərtləşdirmənin tətbiq olunmadığı yerlərə getməyə cəhd edirlər".

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

 

O, vətəndaşlardan xahiş edib ki, buna cəhd etməsinlər:

 

"Narıncı zonada yaşayan vətəndaşlar rayonlara yaxın və ya uzaq qohumlarının evinə gedərlərsə, onları yoluxdura bilərlər, onlar da bütöv kəndi yoluxdura bilərlər. Ona görə də xahiş edirik ki, Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının sakinləri qaydalara riayət etsinlər. Onsuz da digər şəhər və rayonlara buraxılmayacaqlar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!