Respublika üzrə iyun ayının bütün pensiya ödənişləri başa çatdırılıb.
Bu barədə Modern.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) bildirilib.
Qeyd edilib ki, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR üzrə əmək pensiyalarının (407 298 pensiyaçı) ödənişi həyata keçirilib.
Bu gün isə respublikanın digər şəhər və rayonları üzrə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslər üzrə pensiyaçıların (857 092 pensiyaçı) iyun ayı üzrə ödənişi onların bank hesablarına köçürülüb.