Modern.az

Bu şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti DAYANDIRILDI

Bu şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti DAYANDIRILDI

Aktual

14 İyun 2020, 00:29

Bu gün saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb.


Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda bildirilib.


Qeyd edilib ki, xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkəti istisnadır.

Sizə yeni x var
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!