Modern.az

Sərt karantində onların da küçəyə çıxmasına İCAZƏ VAR

Sərt karantində onların da küçəyə çıxmasına İCAZƏ VAR

Aktual

14 İyun 2020, 00:37

2 günlük həftəsonu qadağası zamanı iti olanların küçəyə çıxmasına icazə verilib.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, heyvanların sahibi tərəfindən yalnız qısa müddətlik gəzdirilməsinə icazə verilir. Həmçinin, gəzinti zamanı vətəndaş yaşadığı binanın yanında olmalı, sui-istifadə hallarına yol verməməlidir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək:

“Bulvara gedə bilməyəcəklər. Evdə it saxlayan vətəndaş lazım olanda, iti küçəyə çıxarmaq ehtiyacı yarananda yalnız yaşadığı binanın həyətinə qısa müddət üçün çıxara bilər”.

Nazirlik rəsmisi qeyd edib ki, sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri həyata keçiriəcəklər.

Qeyd edək ki, ölkə üzrə sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında yüksək yoluxma faktları aşkar edilib. Bu baxımdan COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan  rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!