Modern.az

Xüsusi karantin rejiminin tələblərini pozanlar cinayət məsuliyyəti daşıyacaq

Xüsusi karantin rejiminin tələblərini pozanlar cinayət məsuliyyəti daşıyacaq

Aktual

14 İyun 2020, 00:15

Xüsusi karantin rejiminin tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyır.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumatda vətəndaşlara karantin qaydalarına riayət edilməsilə bağlı xəbərdalıq edilib.

 

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə bu gün saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!