Modern.az

Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı 18 mini ötüb - RƏSMİ

Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı 18 mini ötüb - RƏSMİ

Aktual

14 İyun 2020, 13:58

Probasiya Xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 5 ayı ərzində 18 mini ötüb.

 

Ədliyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, onlardan 4.800-ə yaxın azadlığın məhdudlaşdırılması, 6.000-dən çox cərimə, islah və ictimai işlər, 2.300 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilib:

 

"2.400 şərti məhkum edilib və 156 nəfər cəza çəkməsi təxirə salınmış şəxslərdir. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasına məhkum olunanların sayı 1.200-ə yaxın, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilənlərin sayı isə 406 nəfər təşkil edilr.

 

Həmçinin, ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 654 nəfər, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 354 nəfər probasiya nəzarətindədir".

 

Rəsmi məlumata görə, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası diqqətdə saxlanılaraq bu dövrdə 3.900-dən çox şəxs cəza müddətinin başa çatması ilə əlaqədar və digər qanuni əsaslarla probasiya qeydiyyatından çıxarılıb:

 

"Onlardan cəza çəkməkdən boyun qaçıran 206 nəfərin cəzası isə məhkəmələr tərəfindən daha ağır cəza növü, o cümlədən 82 nəfərin cəzası azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunub".

 

"Cari ilin 5 ayı ərzində 262 nəfər barədə ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası təmin edilib, bu növ cəzanın və inzibati tənbehin icrası ilə bağlı 50.675 saat ictimai işlər yerinə yetirilib.

 

Ötən dövr ərzində 4.684 məhkuma elektron nəzarət vasitələri tətbiq edilib. Cəza müddəti başa çatdığı üçün və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarla 1.536 məhkumdan elektron qolbaqlar çıxarılıb. Hazırda elektron qolbaq daşıyan 3.148 nəfər müvafiq cəzalarını çəkir və Monitorinq Mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.

 

Qeyd olunmalıdır ki, indiki pandemiya şəraitində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə Probasiya Xidməti tərəfindən cəzaların icrası və probasiya nəzarətinin həyata keçirilməsi ilə əlaqədar vəzifələrin yerinə yetirilməsi, xüsusilə məhkumların qəbulu, qeydiyyata alınması, elektron nəzarət vasitələrinin tətbiqi, onların dəyişdirilməsi və çıxarılması prosedurları icra edilərkən Ümumdünya Səhiyyə Təşkilatının, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq zəruri təhlükəsizlik tədbirləri, sanitariya-gigiyena qaydalarına ciddi riayət olunması, qoruyucu tibbi vasitələrdən (maska, əlcək, antiseptik vasitə və s.) istifadə edilməsi, vətəndaşlarla sosial məsafənin saxlanılması ilə bağlı bütün zəruri işlər görülür",-deyə nazirliyin məlumatında qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!