Modern.az

DİN-dən avtomobillərin torpaq yolla Bakını tərk etməsinə MÜNASİBƏT

DİN-dən avtomobillərin torpaq yolla Bakını tərk etməsinə MÜNASİBƏT

Aktual

14 İyun 2020, 14:11

Daxili İşlər Nazirliyi avtomobillərin torpaq yolla Bakını tərk etməsinə dair yayılan görüntülərə münasibət bildirib.

 

Modern.az xəbər verir ki, nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya bildirib ki, həmin görüntülər ötən gün Bakı-Quba yolunda qeydə alınıb. E. Zahidov deyib ki, paytaxtın çıxışındakı polis postunda yoxlama ilə əlaqədar yaranmış sıxlığı görən bəzi sürücülər alternativ  torpaq yolla şəhərdən çıxmaq istəyiblər:

 

“Lakin qarşıdakı növbəti postda həmin avtomobillər saxlanılaraq Bakıdan çıxmalarına müvafiq icazələrinin olub-olmaması yoxlanılıb. Kimin icazəsi varsa, buraxılıb, icazəsi olmayanlar isə geri qaytarılıb". 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!