Türkiyədə son sutka ərzində daha 15 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 807 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 562-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 178 239 nəfərə çatıb. Müalicə olunan 1 330 xəstə isə bu gün evə buraxılıb. İndiyədək 151 417 nəfər koronavirusdan müalicə olunub".