Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova COVID-19 infeksiyası ilə bağlı ictimaiyətə müraciətini dəstəyimi ifadə edərək həmkarımın müraciətinə qoşulduğumu bildirirəm.
Bunu Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib.
M.Ağayev qeyd edib ki, pandemiya səbəbindən təhlükəli vəziyyət davam etməkdədir və bundan sonra vəziyyətin necə olacağını bilmirik:
“Eyni zamanda vəziyyətin müsbətə doğru dəyişilməsi də bizdən aslıdır. Biz olduqca sadə qaydalara riayət etməklə böyük təhlükənin qarşısını ala bilərik. Bu yaxınlarda sosial çarxın çəkilişi zamanı bir qrup tibb işçisi olan xanımlarla söhbətim oldu. Onlar aylardır ailələrini görmürlər, evlərindən uzaq düşüblər. Bu həsrətlə paralel olaraq onlar hər gün koronavirusa yoluxan şəxslərin həyatda qalması üçün mübarizə aparırlar.
Məhz onların sayəsində çox şükürlır olsun bu gün ölü sayı tək rəqəmlidir. Onların sayəsində hər gün yüzdən artıq şəxs sağalaraq ailələrinə geri dönür. Sosial məsuliyyətli olarıqsa sağlamlığımız üçün bizdən tələb olunan çox adi qaydalara əməl edəriksə qısa vaxtda tibb işçilərimizin də ailələrinə geri dönəcəklər”.