Modern.az

Taksi sürücülərin nəzərinə - “Bu avtomobillərə fərqlənmə nişanı verilməyəcək”

Taksi sürücülərin nəzərinə - “Bu avtomobillərə fərqlənmə nişanı verilməyəcək”

Aktual

19 İyun 2020, 10:36

Fərqlənmə nişanı yalnız taksi fəaliyyətilə məşğul olan hüquqi şəxslərə təqdim edilir.

 

Bakı Nəqliyyat Agentliyindən Modern.az-a verilən məlumata görə, məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədi ilə sui-istifadə hallarının qarşısının alınmasıdır:

 

“İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək”.

 

Qeyd edilib ki, Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmalıdır.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...