Modern.az

Operativ Qərargah: “Son iki həftəsonu istədiyimiz nəticəni əldə edə bilmədik”

Operativ Qərargah: “Son iki həftəsonu istədiyimiz nəticəni əldə edə bilmədik”

Aktual

20 İyun 2020, 11:07

“Son iki həftəsonu ərzində istədiyimiz nəticəni əldə edə bilmədik. Qapanma ilə tam əks nəticələr meydana çıxdı”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

Y.Qarayeva qeyd edib ki, çalışdıqları sosial əlaqələrin azaldılmasıdır:

"Qohum, tanış fərq etmir, hər kəs yoluxma qaynağı ola bilər".

 

O qeyd edib ki, dünənki statistikanın nəticəsi olaraq, Azərbaycanda xüsusi karantin rejimi 1 avqusta qədər uzadılıb:

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul edilib".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!