“Hazırda koronavirusa yoluxan xəstələrimiz daha ağırlaşmış haldadırlar. Virus əvvəlki kimi assimptomatik deyil”.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y.Qarayeva qeyd edib ki, insanlar buna inansa da, inanmasa da virusla mübarizədə çıxış yolu bundan qorunmaqdır:
"Çünki koronavirusun vaksini yoxdur".