Modern.az

Karantin günlərində bunu etsəniz, məsuliyyətə cəlb olunacaqsınız

Karantin günlərində bunu etsəniz, məsuliyyətə cəlb olunacaqsınız

Aktual

20 İyun 2020, 12:03

Sərt karantin günlərində SMS icazə almadan yaşadıqları ərazini tərk edən şəxslər məsuliyyətə cəlb olunacaqlar.

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

 

Onun sözlərinə görə, vətəndaş evdən çıxarkən icazəsi olmadlıdır:

"Sms icazəsini karantin postuna çatanda almamalıdır. Əks halda həmin şəxs məsuliyyətə cəlb olunacaq. Çünki əgər karantin postlarında polisə SMS icazəni təqdim edə bilməyən şəxslər karantin qaydalarını pozmuş hesab ediləcək".

 

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...