Modern.az

İcazəli şəxslərin hərarəti karantin postlarında ölçülə bilər

İcazəli şəxslərin hərarəti karantin postlarında ölçülə bilər

Aktual

20 İyun 2020, 12:11

Rayona gedib-gələn icazəli şəxslərin karantin postlarında hərarətinin ölçülməsi mümkündür.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Daxili işlər Nazirliyinin (DİN)Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

 

K.Əliyev qeyd edib ki, həmin işi polis deyil, tibb işçiləri həyata keçirməlidir:

"Bunu tətbiq etmək olar və bu işin xeyrinə ola bilər. Amma hələ ki postlarda bu nəzərdə tutulmayıb. Amma özündə hərarət hiss edən şəxs polis əməkdaşına yaxınlaşaraq məlumat verərsə dərhal əraziyə tibbi yardım briqadası çağırıla bilər".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya BOMBARDMANÇILARI havaya qalxdı - Bu ölkələrə hücum!