Modern.az

Yaqut Qarayeva: “Həkimlərimiz arasında da virusa yoluxub bunu gizlədənlər var”

Yaqut Qarayeva: “Həkimlərimiz arasında da virusa yoluxub bunu gizlədənlər var”

Aktual

20 İyun 2020, 12:15

COVİD-19 utanılacaq bir xəstəlik deyil.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

 

Y.Qarayeva qeyd edib ki, hər kəs bu virusa yoluxa bilər:

"Xəstəliyin neqativ tərəfi onun konkret müalicəsinin, dərmanın olmamasıdır. Təəssüflə qeyd edirəm ki, həkimlərimiz arasında da virusa yoluxub bunu gizlədənlər var. Hətta rayonlardan birindən daxil olmuş məlumata görə, test nəticəsi pozitiv çıxan, 39 dərəcə hərarəti olan şəxsə baş çəkməyə gələnlər var. Bu, yolverilməzdir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?