Biz vətəndaşalara müraciət edərək bildirdik ki, rayon istiqamətinə, sərt karantin tətbiq edilməyən bölgələrə getməsinlər. Ötən karantində icazəsi olan da, olmayan da postlardan keçməyə cəhd göstərirdi.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Daxili işlər Nazirliyinin (DİN)Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
K.Əliyev qeyd edib ki, kimsə hansısa formada postu keçməyə cəhd edəcəksə, məsuliyyətə cəlb olunacaq:
"Ötən karantində çox sayda insanın icazəsi vardı və o icazə ilə postlardan keçmişdilər".
Onun sözlərinə görə, fəaliyyətinə icazə verilən şəxsin digər ərazilərə getmək üçün ezamiyyə vəsiqəsi olmalıdır:
"Əgər xidməti zərurətlə bağlı karantin tətbiq olunmayan yerlərə gedəcəksə, ezamiyyə vəsiqəsi olmalıdır. Eyni zamanda, ezamiyyə vəsiqəsi varsa da, avtomobildə ailə üzvlərini aparmağa cəhd etməsinlər. Çünki icazə verilməyəcək".