Karantin tətbiq edilən ilk gündə postlardan 900 avtomobil geri qaytarılıb.
Bu barədə Modern.az-a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil isə postlardan geri qaytarılıb.
K.Əliyev qeyd edib ki, iyunun 21-22-dək ölkə ərazisində xüsusi karantin rejiminin tələblərini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsinin tələbini pozduğuna görə, 1 440 nəfər, İXM-nin 211.2-ci maddəsinin tələbini pozduğuna görə, 132 nəfər olmaqla ümumilikdə 1 572 nəfər inizibati məsuliyyətə cəlb edilib.