Modern.az

Torpaq yolunun qazılmış hissəsini dolduran 200 sürücü məsuliyyətə cəlb olundu

Torpaq yolunun qazılmış hissəsini dolduran 200 sürücü məsuliyyətə cəlb olundu

Aktual

22 İyun 2020, 16:21

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan torpaq yollarla rayonlara və ya rayonlardan adıçəkilən ərazilərə keçməyə cəhd edənlərin qarşısını almaq üçün Baş Dövlət Yol Polisi İdarəsi texniki vasitələri işə salıb.

 

Bu barədə Modern.az-a açıqlamasında idarəsnin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

 

Onun sözlərinə görə, artıq həmin ərazilərdəki karantin postları istiqamətində olan yollarda müşahidə kameraları və digər texniki vasitələr fəaliyyət göstərir:

 

"Karantin postları istiqamətindəki yollar artıq həmin texniki vasitələrlə nəzarət altındadır, müşahidələr aparılır. Karantin postu istiqamətində hərəkət edən və karantin postundakı kameralarda görsənməyən avtomobillər texniki vasitələrlə müəyyən ediləcək və həmin avtomobilin torpaq yollarla postu gizli keçdiyi aşkarlanacaq. Belə avtomobillərin sürücüləri qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar. Ona görə də sürücülərə tövsiyə edirik ki, karantin postundan kənar torpaq yollarla rayonlara və ya rayonlardan sərt karantin tətbiq edilən ərazilərə keçməyə cəhd etməsinlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək