Modern.az

Daha 100 şəhidin vərəsəsinə 11 min manat veriləcək

Daha 100 şəhidin vərəsəsinə 11 min manat veriləcək

Aktual

23 İyun 2020, 10:58

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 100 şəhidin 142 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə, birdəfəlik ödəmə vəsaitlərinin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır:

 

“Ümumilikdə 12281 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 12 mindən çox şəhidin 18 min vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.

 

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faizədək icra olunub”.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək