Modern.az

“Bibiheybət yolu” istifadəyə VERİLDİ

“Bibiheybət yolu” istifadəyə VERİLDİ

Aktual

24 İyun 2020, 10:24

Bakı-Ələt-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Bibiheybət məscidi istiqamətindən keçən hissəsi istifadəyə verilib.

 

Bu barədə Modern.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, adıçəkilən ərazidə təmir işləri başa çatdırılıb və yol sürücülərin istifadəsinə verilib.

 

Xatırladaq ki, ötən ilin noyabr ayında paytaxtın Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi nəticəsində ərazidən keçən avtomobil yolu çökərək yararsız vəziyyətə düşmüşdü.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!