Modern.az

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Aktual

24 İyun 2020, 13:59

25 iyunda gözlənilən hava şəraiti açıqlanıb. 

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, 25 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. 

 

Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.  

 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz  28-33, Bakıda  gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq.

 

Atmosfer  təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz  35-40 faiz təşkil edəcək.   

 

Abşeron çimərliklərində gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. 

 

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.  

 

25 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında   şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 20-25, gündüz 34-39, dağlarda gecə 11-16, gündüz  19-24 dərəcə  isti olacaq.   

 

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 25-26-da Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək