Modern.az

İranda daha 133 nəfər koronavirusdan öldü

İranda daha 133 nəfər koronavirusdan öldü

Aktual

24 İyun 2020, 14:05

İranda son sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 133 nəfər vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 9 996 nəfərə çatıb.

 

İranda son sutka ərzində koronavirusa 2 531 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 212 501 nəfərə çatıb. İndiyədək xəstəlikdən 172 096 nəfər sağalıb.

 

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2869 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. Xatırladaq ki, İranda bundan əvvəlki sutka koronavirusdan 121 nəfər vəfat edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək