Modern.az

Səhiyyə naziri TƏBİB sədrinin əmrini geri oxuyub? – AÇIQLAMA

Səhiyyə naziri TƏBİB sədrinin əmrini geri oxuyub? – AÇIQLAMA

Aktual

24 İyun 2020, 15:25

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTYS) baş həkimi Rauf Nağıyev vəzifəsinin başındadır.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, “Tibbi Ərazi Bğölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

 

R.Əliyeva qeyd edib ki, baş həkim R.Nağıyevin vəzifəsindən kənarlaşdırılması və yenidən bu vəzifəyə qaytarılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.


Qeyd edək ki, yayılan məlumatlarda TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən kənarlaşdıraraq, onun yerinə Cavanşir Fərəcovu təyin etdiyi iddia edilir. Həmçinin, təcili yardımın səlahiyyətlərinin yenidən nazirliyə həvalə olunmasından sonra Səhiyyə naziri Oqtay Şirəliyevin təyinata etiraz edərək, Rauf Nağıyevi yenidən əvvəlki vəzifəsinə qaytardığı bildirilir.

 

Sizə yeni x var
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək