Dar gün insanların sınanması üçün Allah tərəfindən verilmiş fürsətdir. Bu mənada çətin günün dostu, həmdəmi heç vaxt unudulmur.
Xalqımızın çətin günlərdə bütün sınaqlardan üzüağ çıxmağa müvəffəq olmuş çoxlu sayda insanları vardır. Yaşadığımız son faciə - COVID 19 pandemiyasının mənəvi, psixoloji və maddi tərəflərini aşmağı bacarmış yurddaşlarımız kifayət qədər çox oldu. Onlar öz və yaxın çevrələrinin vəsaiti hesabına respublikamızdakı aztəminatlı ailələrin gözlənilməyən korona adlı “qonağı” qarşısında aciz qalmadılar. Bilirsiz niyə? Ona görə ki, paylaşmağı, bölüşməyi bacaran soydaşlarımız əllərindən gələni əsirgəmədilər.
Bu yazımızda belə soydaşlarımızdan biri barədə geniş söhbət açmaq istəyirik. Layiq olana layiq olduğu qiyməti vermək lazımdır.
Azərbaycan parlamentinin bir depudatı var - Adil Əliyev. Artıq üçüncü çağırışdır ki, millət vəkili mandatını daşıyan Adil Əliyev cəmiyyətimiz tərəfindən daha çox xeyriyyəçi kimi tanınır və sevilir.
Yaxşı yadımdadır, son parlament seçkiləri öncəsi seçicilərlə möhtəşəm görüşlər keçirən Adil Əliyevi geniş və anşlaq auditoriyalar qarşılayırdı. Deputatlığa namizədlə görüşə gələn seçicilərin hamısının ürəyi dolu idi. Həmin seçicilərdən bir neçəsinin fikirləri hələ də qulaqlarımda səslənməkdədir:
Ramil Səfərovun atası Sahib Səfərov:
-Adil Əliyev vətənpərvər insandır. O, həmişə seçicinin yanında olub, onların problemləri ilə maraqlanıb. Qarabağ qazilərinə xüsusi diqqət göstərib. Ona görə də düşünürəm ki, Adil Əliyev növbəti dəfə deputat seçilməlidir. Seçicilərli ona səs verməyə çağırıram.
Professor Rəşid Mahmudov:
-Adil Əliyev əsl vətəndaşdır. Dövlət Adil Əliyev kimi vətəndaşların üzərindədir. O, hər şeyə layiqdir. Ölkəmizdə qaçaq insanlar çoxdur. Onlardan biri də Adil Əliyevdir. O, deputat seçilməsə də bu millətə xidmət edəcək. Milli Məclisin deputatlarının az bir hissəsi Adil müəllim kimim olarsa, ölkəmiz çiçəklənər.
İkiqat paralimpiya çempionu İlham Zəkiyev:
-Hamı seçkilərdə iştirak etməlidir. Tövsiyə edirəm, ərazidə yaşayanlar Adil Əliyevə səs versinlər. Onun xidmətlərini sadalamağa ehtiyac yoxdur, hər kəs bilir. Biz onun fəaliyyətini yüksək qiymətləndiririk.
2020-ci ilin 9 fevralında xalq tərəfindən yekdilliklə deputat seçilən Adil Əliyev pandemiya dönəmində əsl simasını göstərdi. Xalq gördü ki, ona səsini verməkdə yanılmayıb.
O, 20 saylı Nərimanov ikinci seçki dairəsinin ərazisində qeydiyyatda olan onlarla şəhid, qazi, aztəminatlı ailələrə yardımlar göstərdi. Bundan başqa o, iş admlarına müraciət edərək, aztəminatlı ailələrə kömək etməyə çağırdı.
Adil Əliyev ölkəmizdən kənarda yaşayan aztəminatlı ailələri də unutmur. O, Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan və maddi çətinliklərlə üzləşən soydaşlarımıza da ərzaq köməkliyi göstərib.
Adil Əliyev eyni zamanda Kikboksinq Federasiyasının prezidentidir. Kikboksinqçilərimizin beynəlxalq yarışlardakı uğurlarında onun da payı vardır. Məhz federasiyadakı uğurlu xidmətlərini nəzərə alan “Azərbaycanım” beynəlxalq jurnalı onu “Azərbaycanın Qüruru” qızıl ordeni ilə təltif edilmişdir.
Mükafatı təqdim edən “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Emil Nəsirli çıxışında demişdir:-
-Adil Əliyev tanınmış ictimai-siyasi xadim olaraq vətənpərvər fəaliyyəti, hümanizmə, mərhəmətə, nəcibliyə söykənən əməlləri, dövlət idarəçiliyində, qanunvericilik aktlarının formalaşmasında gənclər və idman sahəsində, respublikamızın beynəlxalq əlaqələrin inkişafında, eləcə də digər mühüm sferalarda öz fəaliyyəti ilə böyük nüfuz qazanıb.
Ailəcənablığı, sadəliyi, əzmkarlığı və xeyriyyəçiliyi ilə seçilən A.Əliyev, həm də beynəlxalq görüş və tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil edir. O, ölkə reallıqlarını ən yüksək tribunalardan dünya ictimaiyyətinə, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqları, qaçqın və məcburi köçkünlərin haqq səsini hər fürsətdə beynəlxalq aləmə çatdırır.
İctimai, siyasi xadim A.Əliyevin fəaliyyətinin əsas məqsədi Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafının ümumilli strateji siyasətinə uyğun gənc nəslin tərbiyyəsi, gənclərlə iş sahəsində cəmiyyətin demokratik tələblərinə cavab verən siyasətin həyata keçirilməsi, gənclərin vətənə sədaqət, müstəqilliyimizin, dövlətçiliyimizin, torpaqlarımızın müdafiəsinə daim hazırlıq ruhunda tərbiyə edilməsidir...
Adil Əliyev kimi deputatların sayı nə qədər çox olarsa, millətimizə və dövlətimizə bir o qədər çox faydası dəyər. Biz Adil müəllimə deputat və Milli Məclisin sədr müavini kimi fəaliyyətində uğurlar diləyirik. İnanırıq ki, bundan sonra da o, seçicilərin problemlərini zamanında həll edəcək və tutduğu yoldan dönməyəcəkdir.
Xaqani İbrahimov