Modern.az

Ünvanlı sosial yardım alanların sayı AÇIQLANDI

Ünvanlı sosial yardım alanların sayı AÇIQLANDI

Aktual

24 İyun 2020, 16:54

Aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı təkcə iyun ayında 1000-dən çox ailə artaraq 84 100-ə çatıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Modern.az-a verilən məlumata görə, həmin ailələrdə ümumilikdə 350 mindən çox ailə üzvü var.

 

Hər ailəyə düşən yardımın orta aylıq məbləği 225 manatdan çoxdur.

 

Yeni qərarla, sosial dəstək tədbirlərindən biri kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi müddəti uzadılıb.

Sizə yeni x var
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?