"Biz pandemiya ilə mübarizədə Azərbaycanın yanındayıq".
Modern.az-ın məlumatına görə, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
O deyib ki, bununla bağlı TƏBİB, Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu və digər qurumların vəzifəli şəxslərilə sıx əməkdaşlıq şəraitində çalışırlar:
"Konkret sahələrdə texniki yardım göstərmişik. Azərbaycanda bu məsələ ilə bağlı məsul olan qurumların əməkdaşlarına, jurnalistlərə təlimlər təşkil etmişik. Müxtəlif kampaniyalar çərçivəsində dəstəyimizi göstərmişik".
Q.İshaqzai həmçinin deyib ki, TƏBİB və Səhiyyə Nazirliyini müxtəlif tibbi vasitələrlə təmin ediblər:
"Həmçinin hazırda Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyilə iqtisadi fəallığın bərpası ilə bağlı danışıqları davam etdiririk".