"Evdə müşahidəsi aparılan xəstələrin statistikası aparılacaq".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, TƏBİB bununla bağlı proqram hazırlayır:
"Həmin proqram vasitəsilə evdə müşahidə olunan xəstələrin statistikası aparılacaq. Kimsəsiz xəstələrə isə asan könüllülər yardım edəcəklər. Bu məsələ əvvəldən də var və kimsəsiz şəxslərə həmin könüllülər yardım edirlər".