"Koronavirus başlayanda Çindən sonra Avropa ölkələrində ciddi narahatlıqlar vardı. Lakin təəssüf ki, bu gün Azərbaycanda yoluxma sayında artım müşahidə edilir".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, son dövrlərdə Avropada bir qədər azalma müşahidə edilir:
“Təəssüf ki, son 14 gün ərzində Azərbaycanda yoluxma halları ilə bağlı artım gözə çarpır. Digər ölkələrdə azalmaya səbəb isə təsadüfü deyil. İlk günlərdə Azərbaycan yoluxma sayına görə ən geridə olan ölkələrdən biri idi. Hökumət əhalinin sağlamlığını qorumaq üçün əlindən gələni edir. Amma vətəndaşlar da dəstək olmalıdır. Karantinin sərtləşdirilməsi ÜST tərəfindən tövsiyə edilə bilər. Amma bu qərar Operativ Qərargah tərəfindən dəyərləndirildikdən sonra qəbul edilə bilər".