"Bu gün qərarın icrasının ilk günüydü. Gün ərzində ayrı-ayrı dayanacaq məntəqələrində avtobusa maskasız daxil olmaq istəyən sərnişinlər olub".
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agnetliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib. O qeyd edib ki, sürücülərin tövsiyəsindən sonra həmin sərnişinlər də maska taxıblar:
"Sürücülərin maskasız sərnişinlərə qarşı biganə yanaşması halı da var. Bununla bağlı da məlumatlar almışıq. Qərarın icrası ilə bağlı tərəfimizdən reydlər keçirilir. Bütün hallar qeydə alınır analiz edilir. Qarşıdakı günlərdə qərarın icrasına nəzarət tədbirləri də gücləndiriləcək".
Qeyd edək ki, bu gündən etibarən avobusa maskasız daxil olmaq qadağandır.